Saat:18:34
Haqqımızda

Banklarda terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı pozuntu - 18 min manat cərimə yazıldı

2025-02-06 12:13:43

Banklarda terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı pozuntu - 18 min manat cərimə yazıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) “PAŞA Bank” ASC-nin və “Yapı Kredi Bank Azərbaycan” QSC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində hər iki bankda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb.

Son nəticədə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən “PAŞA Bank”ın vəzifəli şəxsi Ağdam Rayon Məhkəməsinin qərarı ilə 10 min manat, Məcəllənin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən isə “Yapı Kredi Bank Azərbaycan”ın vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 8 min manat cərimə edilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.181075