Saat:04:02
Haqqımızda

Banka qoyduğu 18 500 manatı geri ala bilməyən Şamaxı sakinindən Prezidentə MÜRACİƏT - “Deyirlər ki, 5000 manata 1 manat hesabı ilə sizə pul verərik”

2024-02-28 14:15:36

Banka qoyduğu 18 500 manatı geri ala bilməyən Şamaxı sakinindən Prezidentə MÜRACİƏT - “Deyirlər ki, 5000 manata 1 manat hesabı ilə sizə pul verərik”

Şamaxı rayonu, Yenikənd kənd sakini Mustafayev Ağasəf Azad oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. İllər öncə banka qoyduğu pulu ala bilmədiyini deyən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Yaşımın bu ahıl vaxtında bilmirəm nə edim. Bir ziyalı kimi müstəqil dövlətmizə inanıb, 14 nəfər ailənin var-dövlətini - maşınmızı, heyvanlarmızı satıb, atamın, anamın pensiyasından, özümün maşımdan qənimət edib yığdığımız 15 000 (on beş) min manatı oğlum Mustafayev Rauf Ağasəf oğlunun, 3500 (üç min beş yüz) manat isə özümün - Mustafayev Ağasəf Azad oğlunun adına banka qoyduq. Niyyətimiz o idi ki, bahalıq olanda, iş yeri olmayanda bu pullardan istifadə edək. Lakin bu gün bank deyir ki, 5000 manata 1 manat hesabı ilə sizə pul verərik.

Onun ücün də hörmətli Prezidentə, Birinci vitse-prezidentə dəfələrlə məktub vastəsilə müraciət etmişik. Aparatın işciləri lmkan vermir ki, Prezident, ya Birinci vitse-prezdent müraciətmizi görüb, bizə kömək etsin, pulmuzun qaytarılmasına göstəriş versin.

4 medallı veteran nəvəm deyir ki, baba, Ordumuzla, Prezdentmizlə düşmənə qalib gəldik, torpağamızı aldıq, indi sən mənə ya ev, ya da maşın al. Ona da imkanım yoxdur. Çünki banka qoyduğumuz pulmuzu ala bilmirik.

Nəvəm deyir ki, bizim müraciətmiz Ali Baş Komandana çatsa, pulmuzun qaytarılmasına sərəncam verər, 18 500 manat pul nədir dövlətmizin əlində?!

Hörmətli redaksiya!

Bəlkə rəsmi şəxslərə göndərdiyim məktublara, rayona gedib-gəlməyə 100 manatdan çox pul vermişəm. Bilmirəm, daha nə edim, artıq ömrüm də getməkdədir”.

Hurriyyet.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.259806