“Bank of Georgia” Vardanyanın bankını alacaq – Ermənistan MB ilkin razılıq verdi
2024-03-30 17:13:49
Ermənistan Mərkəzi Bankının idarə heyətinin iclasında “Bank of Georgia”nın “Ameriabank”ı almasına icazə verilməsi barədə qərar qəbul edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Armenia Today” məlumat yayıb.
Bildirilir ki, Ermənistan Mərkəzi Bankı başqa məlumat vermir.
Qeyd edək ki, fevralın 15-də “Bank of Georgia” “Ameriabank”ın alınması ilə bağlı danışıqların aparıldığını elan edib.
Xatırladaq ki, Azərbaycanda həbsdə olan Ruben Vardanyan bankın 48,8% səhmlərinə malikdir. Lakin o, səhmləri “Imast Group” şirkətinin idarəçiliyinə verib.
yeniavaz.com