““Bandotdel” müvəkkilimlə görüşməyə imkan vermir”

2023-03-14 16:30:00

““Bandotdel” müvəkkilimlə görüşməyə imkan vermir”

Vəkil Ceyhun Yusifov hüquqlarını müdafiə etdiyi şəxsin işinə buraxılmadığını iddia edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə o, öz feysbuk hesabında paylaşımında bildirib. Vəkil qeyd edib ki, 4 gündür Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən ona süni əngəllər törədilir:

“Hüquqlarını müdafiə etdiyim Elvin Qasımov barəsində vəkil orderi qəbul edilmir. BMCMİ açıq-aşkar hüquqi yardımın göstərilməsinə qərəzli şəkildə maneəçilik yaradır”.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinə sorğu ünvanlamışıq.

Qeyd edək ki, Elvin Qasımovun adı bir neçə gün öncə Bakı Dövlət Sirkinin qarşısında baş verən silahlı insidentlə bağlı hallanır. Belə ki, sözügedən hücumun Elvinin qardaşı Emin Naxçıvanski (Emin Qasımov) tərəfindən verildiyi bildirilir.

Bununla belə vəkil Yusifov “Qafqazinfo”ya deyib ki, Elvin Qasımov həmin hadisə ilə bağlı yox, narkotik alveri ittihamı ilə Naxçıvanda saxlanılıb və Bakıya göndərilib. (qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.217179