Ballistik raket zərbəsi - 41 nəfər həlak olub
2024-09-03 16:06:50
Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ordusunun Poltavaya endirdiyi ballistik raket zərbəsi nəticəsində 41 nəfərin həlak olduğunu bildirib.
“Rusiya Poltavaya iki ballistik raket atıb. İlkin məlumata görə, hücum zamanı bir təhsil müəssisəsinin ərazisi və xəstəxana vurulub. Rabitə İnstitutunun binalarından biri zədələnib. İnsanlar dağıntılar altında qalıblar. Çoxlarını xilas etmək mümkün olub. 180 nəfərdən çox insan yaralanıb”.
Zelenski xilasetmə tədbirlərinin görüldüyünü bildirib.
Hürr Tərcüman