“Balkan yarımadası, sonra Tayvan, indi də ola bilsin Qafqaz...” - Zelenski

2022-08-04 11:40:00

“Balkan yarımadası, sonra Tayvan, indi də ola bilsin Qafqaz...” - Zelenski

“Dünyada münaqişələr qlobal təhlükəsizliyin qeyri-effektiv arxitekturasına görə yaranır. Dünyada elə bir model hazırlanmalıdır ki, heç bir ölkənin digərinə təcavüz etməyəcəyinə zəmanət verilsin”.

Hurriyyet.az xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Vladimri Zelenski deyib.

“Əvvəlcə Balkan yarımadası, sonra Tayvan, indi də ola bilsin Qafqaz... Bütün bu vəziyyətlər fərqli görülür, lakin onları bir faktor birləşdirir: qlobal təhlükəsizlik arxitekturası işləmədi. Əgər işləsəydi, belə münaqişələr olmazdı”, - deyə Ukrayna lideri bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna yaranmış bu problemə hələ 2014-cü ildə - Rusiya beynəlxalq hüququ rədd edib Krımı ilhaq edəndə və Donbasdakı münaqişə zamanı diqqət yetirib.

O hesab edir ki, ölkələrin kövrəkliyini yalnız bütün dünyada birgə fəaliyyətlə qorumaq olar. Bunun üçün effektiv təhlükəsizlik arxitekturasını hazırlamaq lazımdır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060143