Saat:09:58
Haqqımızda

Balı çox yeyən ayı komaya düşdü? Görünməmiş hadisə - VİDEO

2022-08-11 12:07:00

Balı çox yeyən ayı komaya düşdü? Görünməmiş hadisə - VİDEO

Hurriyyet.az Türkiyənin “Hürriyet” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin Düzce vilayətində arı yeşiklərinə dadanan ayı həddən artıq bal yediyi üçün halsızlaşıb. Vətəndaşlar yeşiklərin yanında tapdıqları ayını veterinar həkimə aparıblar.

Düzce vilayətinin Yığılca rayonunda son zamanlarda meşədəki arı yuvalarının ayı hücumuna məruz qaldığını hiss edən sakinlər ərazidə keşik çəkməyə başlayıblar. Sakinlərdən biri yeşiklərin yanında boz ayının huşsuz vəziyyətdə qaldığını görüb, qorxa-qorxa ona yaxınlaşıb. Onun yarımcan olduğunu görəndə maşına yükləyərək şəhər mərkəzinə aparıb. Ayının bal komasına düşdüyünü deyərrək həmin vəziyyətdə çəkdiyi videosunu sosial şəbəkələrdə paylaşıb.

Videonun yayılmasından sonra boz ayının vəziyyətinin yaxşı olduğu, bir-iki gün içərisində Təbiəti Mühafizə və Milli Parklar İdarəsinin əməkdaşları tərəfindən yenidən təbiətə buraxılacağı bildirilib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR