“Baldırıaçıq qızları doldurublar efirə, kimdir onlara maya buraxan?” — Şeyx QƏZƏBLƏNDİ

2022-04-15 19:11:00

“Baldırıaçıq qızları doldurublar efirə, kimdir onlara maya buraxan?” — Şeyx QƏZƏBLƏNDİ

Son vaxtlar telekanallarda yayımlanan sosial proqramlara ekspert kimi qatılan sənət adamlarının verilişə gələn insanları təhqir etməsi, aşağılaması cəmiyyətdə birmənalı qarşılanmır.

ATV-də yayımlanan “Bizimləsən” verilişində aktrisa Çimnaz Sultanovanın proqrama qatılan anaya, “Həddini aşma! Baxmaram ki, televiziyadayam, durub səni…” – deməsi də insanlarda hiddət doğurub.

Yenicag.az-a açıqlama verən tanınmış rejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov heç kəsin vətəndaşı təhqir etməyə, üstünə hücum çəkməyə ixtiyarının olmadığını bildirib.

Rejissor sənətə, mədəniyyətə aid olmayan insanlara efirlərdə meydan verilməsinə qarşı çıxıb:

“Onları efirə çıxaran, təbliğ edən, o səlahiyyəti verən kimdir? Onlara maya buraxıb kliplər çəkdirənlər kimlərdir? Bu, böyük bir ideoloji təxribatdır və bunun arxasında böyük maraqlar durur. Mən buradan üzümü televiziyalara tutub demək istəyirəm, verilişə çağıranda görün kimi çağırırsınız, Əlini, Vəlini, Pirvəlini, baldırı, sinəsi, göbəyiaçıq qızları doldurmusunuz efirə, camaatın mənəviyyatını, əxlaqını korlamaqla məşğuldurlar. Bu murdarlığa son qoyulmalıdır. Bir qadın efirdə kiminsə üstünə hücum çəkirsə, bu, tərbiyənin, mənəviyyatın göstəricisidir. Demək ki, onun səviyyəsi, mədəniyyəti elə bundan ibarətdir. Axı sənə kim o səlahiyyəti verib ki, bir qadının üstünə efirdə hücum çəkəsən, onu təhqir edəsən? Buna bir son verilməlidir axı”.


Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya