Balaxanıda möhtəşəm bilik olimpiyadası

2022-06-01 12:46:00

Balaxanıda möhtəşəm bilik olimpiyadası

Balaxanı qəsəbəsində yerləşən M.Ə.Sabir Adına Kütləvi kitabxanada "Audiokitab" ın təşkilatçılığı ilə M.Ə. Sabirin 160 illiyi ilə əlaqədar  məktəblilər arasında 
"Bilik yarışması" keçirildi.

Yarışa Balaxanıdakı M.Ə. Sabir adına 259 saylı orta məktəb və C. Cahangirov adına 4 saylı orta məktəbdən ümumilikdə  6 komanda qatılmışdı. 4 saylı məktəbin  komandası yarışın qalibi oldu.  Tədbiri keçirməkdə məqsəd məktəblilərin  kitabxanalara cəlb olunmasına və onların kitaba olan maraqlarının artırılmasına və intelektual bacarıqlarının formalaşmasına töhfə verməkdir.

Həmin tədbirdən fotoları sizə təqdim edirik.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya