“Balalarım fitrə paltarları ilə böyüyüblər” – Əsir əsgərin anası: VİDEO
2023-04-14 22:36:00

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun iki hərbçisi – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Əsir götürülən hərbçilərimizə qarşı işgəncə verilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Əgər bir vətəndaş kimi bu görüntüləri izləmək bizə ağır gəlirsə, bir ananın hisslərini təsüvvür etmək heç də çətin olmaz.
Müsavatın əməkdaşları ermənilərə əsir düşən əsgər Hüseyn Axundovun evinə gedib, anası ilə söhbət ediblər.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya