"Bakıya gedəcəksiniz" sualına belə "cavab" verdi - VİDEO
2024-11-13 21:41:55
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərin “Ermənistandan kimsə Bakıda keçiriləcək COP29-a gedəcəkmi?” sualına cavab verməkdən imtina edib.
Hurriyyet.az Metbuat.az-a istinadən xəbər verir ki, bu anın görüntüləri Teleqram kanallarında yayılıb.
Qeyd edək ki, COP29 sammitində iştirak üçün Ermənistan nümayəndə heyətinin qeydiyyatdan keçdiyi barədə məlumat yayılıb.