Bakıya etiraz edən iranlı TIR sürücülərinə sillə kimi CAVAB: “Məhz sizə görə Azərbaycan hakimiyyəti...” - ƏTRAFLI

2021-09-15 17:56:00

Bakıya etiraz edən iranlı TIR sürücülərinə sillə kimi CAVAB: “Məhz sizə görə Azərbaycan hakimiyyəti...” - ƏTRAFLI

Dünən Gorus-Qafan yolunda İrandan Ermənistana gedən iritonnajlı maşınların Azərbaycan sərhəddində ilişib qaldıqları haqda videonu ürək ağrısı ilə izlədim. Ən acınacaqlısı da odur ki, bizim doğma dilimizdə danışan sürücülər 30 ildə 30 mindən çox azərbaycanlını qətlə yetirmiş erməni işğalçıları əvəzinə, Azərbaycan dövlətini ittiham edirlər. Balalarımızı məhv edən erməni işğalçılarına yanacaq, qida daşıyan sürücülər Ermənistana torpaq vergisini ödəyib bizim ərazimizdə Azərbaycanın qanuni vergi tələbinə etiraz sərgiləyirlər”.

Hurriyyet.az xəbər verir ki, bu fikirləri açıqlamasında tanınmış vəkil Aslan İsmayılov səsləndirib. O daha sonra fikirlərini belə davam etdirib: “Vətən müharibəsi zamanı İran dövlətinin Ermənistan işğalçılarına silah-sursat daşımasına etiraz edən cənublu doğmalarımızla necə qürur duyurdumsa, bu gün də gördüklərimdən o qədər peşmançılıq hissi keçirdim. Hesab edirdim ki, yenidən müharibə revanşına hazırlaşan Ermənistana İran dövlətinin hərtərəfli yardım etməsi cənublu doğmalarımızda etiraz doğuracaq. Bu videoda isə əksini gördüm. Bu haqsızlıqda heç bir azərbaycanlı iştirak etməməlidir, əksinə bizə düşmən kəsilən Ermənistana, İran dövlətinin istənilən yardımına öz etirazını bildirməlidir. Hamınız bilməlisiniz ki, uzun illər torpaqlarımızı işğal altında saxlayan, faktiki blokadada qalan Ermənistanın bir nömrəli dəstəkçisi İran dövləti oldu. Bu illər ərzində xristian ölkələri olan Gürcüstan, Ukrayna və digəriləri bizim haqlı tələbimizin yanında olsa da, özünü müsəlman dövləti adlandıran İran məscidlərimizi darmadağın edən, orada donuz saxlayan Ermənistana bir dəfədə etirazını bildirmədi, əksinə, hərtərəfli, o cümlədən hərbi yardım göstərdi”.

Aslan İsmayılov. Yalan anatomiyası” təqdim edildi

Aslan İsmayılov əlavə edib ki, azərbaycanlılar İrandakı azərbaycanlı soydaşlarımıza qarşı olan bütün haqsızlıqlara dərhal reaksiya verərək, etirazlarını bildiriblər: “Məhz sizə görə Azərbaycan hakimiyyəti ABŞ və Avropanın təzyiqlərinə baxmayaraq heç vaxt İrana qarşı tədbirlərə qoşulmadı. İndi biz azərbaycanlıların haqlı olaraq sizlərdən gözləntimiz odur ki, riyakarlıq edən İran hakimiyyətinə və  növbəti aqressiyaya hazırlaşan Ermənistana göstərdiyi yardımlara öz etirazınızı bildirəsiniz. Məhz sizin tərəfinizdən həmin videodakı TIR sürücülərindən tutmuş, Ermənistan adlı işğalçı, cinayətkar bir dövlətə yardım edən, onunla işbirliyində olan hər kəs ictimai tənqidlə üzləşməlidir”.