Bakının məşhur hotelində 12 milyon manata mənzil satılır
2024-05-15 17:48:15

Bakının Nəsimi rayonunda yerləşən Hilton hoteldə mənzil satışa çıxarılıb.
Hurriyyet.az xəbər verir ki, satışa çıxarılan mənzil 25 mərtəbəli hotelin 16-cı mərtəbəsində yerləşir.
Ümumi sahəsi 555 kvadrat metrə malik olan təmirsiz mənzil 270 dərəcə panoramik görüntüyə malikdir.
Təklif olunan bu əmlak mərtəbədəki üç mənzilin birləşdirilməsi ilə inşa edilib. Çıxarışla 9 otağa malik olsa da, alan şəxs öz istəyinə uyğun olaraq otaqlarını sayını azalda və ya artıra bilər.
Mənzil nə az, nə çox - 12 000 000 manata satışa çıxarışa çıxarılıb.
iqtisadiyyat.az
