Saat:04:49
Haqqımızda

Bakının mərkəzində yeni parkinq QİYMƏTLƏRİ: günü 30 manat - SİYAHI + FOTO

2024-03-26 16:22:50

Bakının mərkəzində yeni parkinq QİYMƏTLƏRİ: günü 30 manat - SİYAHI + FOTO

Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib.

Hurriyyet.az xəbər verir ki, qiymətlər parklanma müddətinə əsasən müəyyən edilir.

Bildirilir ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur.

Parklanma qiymətləri aşağıdakı kimidir :

15-30 dəqiqə - bir manat,

30-60 dəqiqə - iki manat,

1-2 saat - dörd manat,

2-3 saat - altı manat,

3-5 saat - 10 manat,

5-7 saat - 14 manat,

7-10 saat - 18 manat,

10-15 saat - 22 manat,

15-20 saat - 26 manat,

20-24 saat - 30 manat.

Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.

Moderator.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.232108