Bakının mərkəzində fantastik QİYMƏT: Beş milyonluq qaraj - FOTO

2022-06-01 19:45:00

Bakının mərkəzində fantastik QİYMƏT: Beş milyonluq qaraj - FOTO

Bakının mərkəzində yeraltı qaraj satılır.

Bu barədə elan saytlarının birində məlumat yerləşdirilib.

Elanda bildirilir ki, paytaxtın Nəsimi rayonundakı “Qış parkı”nın yaxınlığında olan ikimərtəbəli yeraltı qaraj satışa çıxarılıb. Qaraja nə az, nə çox - 5 milyon 100 min manat qiymət qoyulub.

Obyektin ümumi sahəsi 5000 kv.m-dir. Aylıq icarəsi də 25 min manatdır.

Satışa çıxarılan qarajın fotolarını təqdim edirik:

 

Azmedia.az


 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya