Bakının mərkəzində DƏHŞƏT: “Öləcəkdim, 2 balam yetim qalacaqdı”

2022-09-01 16:27:00

Bakının mərkəzində DƏHŞƏT: “Öləcəkdim, 2 balam yetim qalacaqdı”

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova Bakının mərkəzində ölümdən dönüb.

Hurriyyet.az xəbər verir ki, o bu barədə "Facebook" səhifəsində paylaşım edib.

“Bu gün günorta kiminsə səhlənkarlığının qurbanı olacaqdım. “Sahil” metrosunun üstündəki binanın sonuncu mərtəbəsinin eyvanından qopan daşlar başıma düşəcəkdi, öləcəkdim, 2 balam da yetim qalacaqdı. Hələ də əllərim əsir. Əcəl ilə mənim aramda bir neçə santimetr var idi...” - Fəridə Aslanova yazıb.

O vurğulayıb ki, həmin binanın fasadına, eyvanına ciddi baxış keçirilməlidir.

Musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064272