Saat:02:41
Haqqımızda

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi...

2024-04-22 10:33:12

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi...

Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) Azərbaycana qaytarılması Ermənistanın siyasi-ictimai gündəmini alt-üst edib.

Hurriyyet.az xəbər verir ki, Ermənistan müxalifəti və mövcud hakimiyyəti qəbul etməyənlər Paşinyana qarşı ittihamlar irəli sürür.

Bu kontekstdə erməni ekspert Naxri Xoxikyanın açıqlaması xüsusilə diqqət çəkir. Xoxikyan iddia edir ki, kəndlərin təhvil verilməsi 23-24 aprelə - (qomdarma) “erməni soyqırımı”nın ildönümünə hesablanıb. Onun iddiasına görə, bu, məhz rəsmi Bakının tələbi ilə baş verir.

“Simvolik günlərə diqqət edin, bunlar azərbaycanlılar üçün önəmlidir. 2020-ci ilin 27 sentyabrında müharibə başladı. Düz 100 il əvvəl – 1920-ci ilin 27 sentyabrında Türkiyə Qarsı ələ keçirmişdi (ermənilər Qarsı qondarma “Qərbi Ermənistana” aid edirlər-red). Ermənistanın kapitulyasiya imzaladığı 2020-ci ilin 9 noyabrında (9-10 noyabr razılaşması-red) Azərbaycanın bayraq günü idi. Kəlbəcərin Azərbaycana təhvil verildiyi 25 noyabr tarixi “Avo”nun (terrorçu Monte Melkonyan-red) doğum günüdür. 2021-ci ilin 12 may tarixində Azərbaycan Qaragöl sahilini nəzarətə götürdü, 12 may 1994-cü ildə Azərbaycanın məğlubiyyət sənədi (atəşkəs razılaşması-red) imzalandığı gündür. 2023-cü ilin 19-20 sentyabrında Qarabağda hər şey bitdi, bir gün sonra – 21 sentyabrında ermənilər oranı tərk etdi. Həmin gün Ermənistanın müstəqillik günü idi. 2024-cü ilin 19 aprelində Ermənistan 4 kəndi Azərbaycana qaytarmağa razılaşdı. Bu ərazilər Tavuş vilayətinin ən azı 10 kəndinin təhlükəsizliyini və Gürcüstanla dövlətlərarası yolu təmin edən bölgədir. Hökumət mənbələrinin məlumatına görə, Azərbaycan bu kəndlərin 23-24 aprel tarixində verilməsini tələb edib. Hər kəs 24 aprelin nəyin simvolu (qondarma “erməni soyqırımı”-red) olduğunu bilir”, - o deyib.

publika.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.239291