Bakının İrəvana cavabı nə olacaq? - “İran, Rusiya və ABŞ-ın maraqlarını uzlaşdıra bilmir”
.jpg)
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın təklif etdiyi 5 bəndli sülh prinsiplərinə bir sıra əlavələr edilərək siyasi kanallar vasitəsilə Bakıya çatdırıldığını bildirib. İrəvandakı müxalif kəsimlər hesab edir ki, Ermənistan siyasi isteblişmenti artıq Qarabağla bağlı siyasətində bəzi dəyişikliklər edib.
Hurriyyet.az xəbər verir ki, yenisabah.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov Münxen görüşünü xatırladıb:
“Blinken-Paşinyan-Əliyev üçlü görüşündən sonra Azərbaycan Prezidenti bildirmişdi ki, danışıqlarda bəzi irəliləyişlər var, hazırda Ermənistan tərəfinin cavab təkliflərini nəzərdən keçirilir və yaxın müddətdə buna cavab veriləcək. Amma görünür ki, müəyyən məsələlərdə istənilən nəticə hələ ki yoxdur, yaxud Azərbaycanı qane etməyən bir sıra nüanslar var.
Azərbaycan beynəlxalq norma və hüquqlara uyğun olaraq hərəkət edir. Qarabağ BMT sənədlərində Azərbaycan ərazisi kimi tanınıb. Eyni zamanda, Azərbaycan hakimiyyəti Qarabağda yaşayan ermənilərə digər vətəndaşlarımız kimi eyni statusu vəd edir. Onlar Azərbaycanın suverenliyi altında yaşayacaqlarsa, bu suverenliyin nəticəsi olaraq Azərbaycan vətəndaşlarının əldə etdiyi bütün statusları istifadə edəcəklər”.
S. Hümbətovun sözlərinə görə, sərhədlərin delimitasiya və demarkasiya məsələsi də mühümdür:
“Rəsmi Bakı hər zaman bəyan edib ki, Azərbaycan Ermənistanla olan dövlət sərhədlərinin təyin edilməsi məsələsini BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyanatı çərçivəsində qəbul edir. Bu, ən ideal variantdır.
Ermənistan görür ki, Qarabağ üzərində nəzarəti itirir, ona görə də Qarabağ ermənilərin guya hüquq və təhlükəsizliklərini qorumağa çalışır”.
Politoloqun qənaətinə görə, Ermənistan hazırda bu məsələləri üç böyük qüvvə – İran, Rusiya və ABŞ-ın maraqları ilə uzlaşdırmağa çalışır:
“Görünən odur ki, Paşinyan administrasiyası həmin ölkələrin maraqlarını uzlaşdıra bilmir. Hər halda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna verilən cavab məktubu Azərbaycan tərəfindən detallı şəkildə araşdırılacaq.
Düşünürəm ki, yaxın zamanlarda yekun qərar ictimaiyyətə açıqlanacaq”.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya