Saat:15:34
Haqqımızda

Bakının bu ünvanında söküntü başlayıb - Sakinlərə kirayə pulu və mənzillər veriləcək

2022-11-21 09:36:00

Bakının bu ünvanında söküntü başlayıb - Sakinlərə kirayə pulu və mənzillər veriləcək

Nəsimi rayonunun "Papanin" kimi tanınan ərazisində söküntü işlərinə başlanılıb.

Hurriyyet.az "ATV-yə istinadən xəbər verir ki, söküntü işləri əsasən həyət evləri üzərində aparılır.

Həyət evlərinin söküntüsü başa çatdıqdan sonra ərazidə hündürmərtəbəli binalar inşa ediləcək. Artıq əksər sakinlər tikinti şirkəti ilə razılığa gələrək müqavilə bağlayıblar.

Sakinlər iki il müddətinə kirayə haqqı və sökülən evlərinin yerində inşa olunacaq hündürmərtəbəli binadan mənzillərlə təmin olunacaqlar.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR