Bakının bir hissəsində qaz olmayacaq
2023-03-10 12:21:00

Qaz təchizatının yaxşılaşdırılması və fasiləsiz qaz təminatının təmin edilməsi məqsədi ilə bu gün Suraxanı rayonu, “Bahar” Qaz Tənzimləmə Məntəqəsində qaz tənzimləyicinin əvəz olunması və şəbəkə üzərində ehtiyat (baypas) xəttin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İB-dən bildirilib ki, təmir işləri aparılan müddətdə Hövsan qəsəbəsinin, Zığ bağlarının, Bahar, Dədə Qorqud, Sahil yaşayış massivlərinin və Suraxanı rayonunda yerləşən MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya