Bakıdan Xankəndiyə yardım getdi - Separatçıların cavabı

2023-08-29 12:49:29

Bakıdan Xankəndiyə yardım getdi - Separatçıların cavabı

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə bu gün 40 ton un yardımı göndərməsinə Azərbaycanın Xankəndi şəhərində fəaliyyət göstərən separatçı dəstədən reaksiya verilib.

Hurriyyet.az xəbər verir ki, separatçıbaşı Araik Arutyunyanın “mətbuat katibi” Lusine Avanesyan yardım göndərilməsinin onlarla “razılaşdırılmadığını” bildirib.

O, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi yardımı “yalançı xeyriyyəçilik” adlandırmaqdan da çəkinməyib. Bildirib ki, Bakı həqiqətən yardım etmək istəyirsə, Laçın yolunu ikitərəfli açmalı və yüklərin daşınmasına şərait yaratmalıdır.

Qeyd edək ki, bu, Xankəndidəki separatçı dəstənin ölkəmizin ərazi bütövlüyünə qəsddən əl çəkmədiyinin, “humanitar böhran” şousunu davam və təbliğ etmək məqsədlərini aydın göstərir./Axar.az/


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.159067