“Bakıdan müsbət siqnallar almışıq“ - İran XİN

2022-11-21 13:30:00

“Bakıdan müsbət siqnallar almışıq“ - İran XİN

"Qonşularla və xüsusilə, Azıərbaycanla ikitərəfli münasibətlərdə prinsipimiz qarşılıqlı hörmət, ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafıdır".

Hurriyyet.az bildirir ki, yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Naser Kənani bildirib.

O əlavə edib: "Eyni zamanda, münasibətlərin inkişafı üçün ümumi siyasi iradə tendensiyasına təəssüf ki, zidd olan məsələlər də baş verir".

N. Kənani qeyd edib: "İranın davranış və performansının əsasını Azərbaycan Respublikası ilə ortaq məsələlər və maraqlara yönəltmək təşkil edir.

Bu yaxınlarda Azərbaycan səlahiyyətlilərindən ikitərəfli danışıqlar şəklində müsbət mesajlar aldıq. Ümid edirik ki, ikitərəfli danışıqlar şəklində apardığımız ünsiyyətlə eyni müsbət ritorikaya uyğun olaraq lazımi addımlar atılacaq".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.082513