Saat:07:44
Haqqımızda

Bakıdan daha bir təyyarə gəlir: 20 oldu - Ərdoğan

2021-08-05 10:28:00

Bakıdan daha bir təyyarə gəlir: 20 oldu - Ərdoğan

Yardımımıza gələn hər kəsə özümün və millətim adından təşəkkür edirəm. Onların arasında Azərbaycanın fəaliyyəti çox önəmlidir. Azərbaycan yanğınsöndürmə helikopteri və çox sayda canlı qüvvəsi ilə yanğınla mücadilə edir.

Axar.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “A Haber” və ATV-yə verdiyi müsahibədə ifadə edib.

Prezident İlham Əliyevin köməyə daha bir təyyarə göndərdiyi barədə ictimaiyyəti məlumatlandıran Ərdoğan əminliklə vurğulayıb ki, bununla yanğınla mübarizə işləri tamam fərqli bir mərhələyə gəlmiş olacaq.

Hazırda ölkədə 20 təyyarə və 51 helikopter fəaliyyətdədir.

Qeyd edək ki, Azərbaycan daha bir amfibiya təyyarəsini bu gün Türkiyəyə yola salıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR