Bakıdakı dəbdəbəli toy görüntüləri gündəm oldu - Video

2022-06-20 10:30:00

Bakıdakı dəbdəbəli toy görüntüləri gündəm oldu - Video

Bir neçə gün əvvəl Bakıda baş tutan dəbdəbəli toyun görüntüləri sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Videodakı avtomobillərin, eləcə də onların dövlət nömrə nişanlarının yetərincə bahalı olduğu görünür. Toy paytaxtın ən elit məkanların birində baş tutub.

Qeyd edək ki, tədbirdə Ukraynanın Əməkdar artisti Svetlana Loboda, gürcü müğənni Dato, Xalq artistləri Zülfiyyə Xanbabayeva, Natiq Şirinov və rəhbərlik etdiyi “Natiq” ritm qrupu, Əməkdar artist Xəyyam Nisanov və başqaları çıxış ediblər.

Toyu olan Emil Telman adlı biznesmenin oğludur. Ailə uzun müddətdir Qazaxıstanda yaşayır. Emilin ailə qurduğu Aysel isə Azərbaycanda yaşayır.

Hurriyyet.az sözügedən görüntüləri təqdim edir:


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya