Saat:05:47
Haqqımızda

Bakıda zibilliklə bağlı iyrənc mənzərə: "Milçəklər ağzımıza dolur" - VİDEO

2021-10-18 09:47:00

Bakıda zibilliklə bağlı iyrənc mənzərə:

Sabunçu rayonu, şəhər şosesi, döngə 2 ünvanında yaşayan sakinlər küçəyə atılan zibillərin vaxtında daşınmamasından şikayətlənir. Onlar deyirlər ki, ərazidə zibil qutularının az olması da yaşadıqları ərazidə xoşagəlməz mənzərə yaradır.

Hurriyyet.az "xezerxeber.az"-a məlumatına görə, kifayət qədər zibil qutusu olmadğı üçün məişət tullantıları pərakəndə şəkildə ətrafa atılır.

Çəkiliş apardığımız zaman sözügedən əraziyə Sabunçu rayon kommunal idarəsinə məxsus zibil daşıyan maşın gəldi. İdarənin işçiləri tərəfindən qutulardakı zibillər avtomobilə yüklənsə də, ətrafdakı zibillər yığışdırılmadı.

Problemlə bağlı Sabuçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd etsək də, istəyimiz boşa çıxdı.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR