Bakıda yüksək vəzifə daşıyan Rusiya vətəndaşı ölkədən çıxarılır

2022-06-11 14:14:00

Bakıda yüksək vəzifə daşıyan Rusiya vətəndaşı ölkədən çıxarılır

Dövlət Miqrasiya Xidməti Rusiya vətəndaşı Vadim Dronov və onun ailə üzvlərinə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina edib.
Hurriyyet.az
xəbər verir ki, Vadim Dronov 3 ildən artıqdır ölkənin aparıcı otellərindən biri olan “Fairmont Baku” (“Alov Qüllələri”) otelinin direktoru vəzifəsində çalır.
Məlumat üçün onu da qeyd edək ki, dünən Dövlət Miqrasiya Xidməti açıqlama verərək Rusiyanın “Sputnik” xəbər agentliyinin Azərbaycandakı nümayəndəliyinin baş redaktoru Belarus vətəndaşı Antonava Tryzno Veranikaya və onun həyat yoldaşı Pavel Antonova Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina edildiyini bildirib.



Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya