Bakıda yolu genişləndirmək üçün ağaclar kəsilir? AÇIQLAMA-YENİLƏNİB

2022-07-23 14:08:00

Bakıda yolu genişləndirmək üçün ağaclar kəsilir?  AÇIQLAMA-YENİLƏNİB

Bakıda yolu genişləndirmək üçün ağacların kəsildiyi iddia edilir.

Hurriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Söhbət paytaxtın Qurban Abbasov küçəsindən gedir.

Vətəndaş bildirib ki, sözügedən ünvanda avtomobil yolunun genişləndirilməsi üçün ağaclar köçürülür. Yayılan video ağaclara ziyan vurulduğu aydın görünür.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıb.

Nazirlikdən bildirilib ki, sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırma aparılır.

***

Səbail Rayon İcra Hakimiyyəti rayon ərazisində yol kənarındakı ağacların kəsilməsi xəbərlərinə münasibət bildirib.

Qurumdan bildirilib ki, sözügedən ünvanda ağacların kəsilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında həyata keçirilib:

“Belə ki, ərazidə iki irigövdəli ağac güclü külək səbəbindən bir neçə gün öncə aşıb. Ağac yolun hərəkət istiqamətinə aşdığı üçün onun budaqlarını baltalayaraq yolun kənarına atıblar. Daha üç ağac isə quruyub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi müvafiq rəy əsasında həmin ağaclar kəsilib”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.072819