Bakıda yeni dələduzluq növu: Bu işi görməyin!
Ölkədə yeni dələduzluq növu peyda olub.
Hurriyyet.az xəbər verir ki, bu dəlduzluq növündən artıq zərərçəkənlər var.
Sosial şəbəkə istifadəçilərindən Azər Bədəlov yazıb ki, yeni dələduzluq növu telefon üzərindən həyata keçirilir. “Telefonla zəng edib, əgər peyvənd olunmusunuzsa, “1” düyməsinə basmağınızı xahiş edirlər. “1” düyməsini basdıqdan sonra dərhal telefonunuz bloklanır və telefonunuz sındırılır”.
O qeyd edib ki, çoxlarının bank kartları telefona bağlı olduğundan dələduzlar bu yolu seçiblər. “Buna görə də, sizə belə zənglər gəldikdə ehtiyatlı olun. Bunu qrup çatlarınıza yerləşdirin. Ailənizə və yaxınlarınıza bu məlumatı ötürün. Qoy, daha ehtiyatlı olsunlar. Artıq bu sxemlə bağlı hadisələr baş verib”.
Bildirək ki, son zamanlar Azərbaycanda kibercinayətkarlıq xeyli artıb. Telefon, internet və digər texniki imkanlar üzərindən insanların aldadılması hallarında çoxalmanın qarşısını almaq üçün hüquq mühafizə orqanlarının da səyləri çoxalıb. Lakin bu, müasir dünyada elə bir məsələdir ki, problem təkcə hüquqi yollarla həll olunmaya bilər. Burada insanların rolu mühüm əhəmiyyəty kəsb edir. Onların maarifləndirilməsi sayəsində kibercinayətkarlığın qarşısını almaq mümkündür./Tribunainfo.az/