Saat:20:52
Haqqımızda

Bakıda xəncərlə mühafizəçiyə hücum edən şəxs saxlanıldı - Video

2024-12-30 12:11:23

Bakıda xəncərlə mühafizəçiyə hücum edən şəxs saxlanıldı - Video

"Capital Towers" yaşayış kompleksində mühafizəçiyə suvenir xəncərlə hücum edən şəxs saxlanılıb.

Bu məlumatı açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov verib.

"Görüntüdə əks olunan hadisə qonşular arasında mübahisədir. Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır", - deyə açıqlamada vurğulanır.

***

Bakının mərkəzində yerləşən "Capital Towers" yaşayış kompleksində dəhşətli hadisə baş verib.

Hurriyyet.az xəbər verir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, bina sakinləri 20-ci mərtəbənin foyesində narkotik maddə istifadə edən iki nəfəri görüb və dərhal mühafizəçiyə xəbər veriblər.

Mühafizəçi hadisə yerinə çatanda narkotikin təsiri altında olan şəxslərdən aşağı enməyi tələb edib. Lakin onlar bu tələbə məhəl qoymayaraq, mühafizəçini söyməyə və döyməyə başlayıblar.

Vəziyyətin nəzarətdən çıxdığını görən mühafizəçi özünü 1-ci mərtəbəyə çatdırmağa çalışıb. Ancaq əlində xəncər olan narkomanlardan biri ona hücum edib.

Həmin görüntüləri təqdim edirik:

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.228733