Bakıda xanım sürücü maşını körpüdə əksinə sürdü - Video
2024-03-30 23:40:39

Bakıda qadın sürücünün körpünün üzərində avtomobili hərəkət istiqamətinin əksinə sürməsini əks etdirən görüntülər yayılıb.
Hurriyyet.Az Axar.Az-a istinadla xəbər verir ki, hadisə bu gün baş verib.
"Nissan" markalı avtomobilin qadın sürücüsü maşını Xətai rayonu ərazisində - Bakı Əyləncə Mərkəzinin qarşısından Babək prospektinə doğru salınmış körpünün üzərində əksinə sürüb. Onun bu hərəkəti ağır qəza riski yaradıb.
Həmin an lentə alınan videonu təqdim edirik:
