Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olunub - FOTO

2022-08-30 23:45:00

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olunub - FOTO

Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, daha sonra bu ölkənin Azərbaycandakı səfiri Cahit Bağcı çıxış edib.

Səfir tədbir iştirakçılarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın milli bayram münasibətilə təbrik məktubunu oxuyub.

Bildirilib ki, illər ərzində Türkiyə bir çox sınaqlardan keçib. Buna misal olaraq ötən il iyulun 15-də bir qrup şəxs tərəfindən ölkədə dövlət çevrilişi etmək cəhdi göstərilib.

Diplomatın sözlərinə görə, bu gün ölkə PKK/YPG/PYD terrorçuları ilə mübarizəni davam etdirir.

C.Bağcı eyni zamanda İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi mənəvi dəstəyə də diqqət çəkib.

Mərasimdə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, müdafiə nazirinin müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyev, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən bir sıra səfirliklərin nümayəndələri, media mənsubları və s. iştirak ediblər.

Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.096444