Bakıda təmizlik işçilərini mənzil başına qeyri-insani şəkildə apardılar - VİDEO
2023-02-27 16:27:00

Paytaxtın Qaradağ rayonu ərazisində təmizlik işçiləri yük maşınının arxasında daşınıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
İddialara görə, Qaradağ rayonunda təmizlik işçilərini heç bir təhlükəsizlik qaydalarına əməl edilmədən yük maşını ilə ünvana çatdırırlar.
Görüntülərdən aydın olur ki, insanlar ayaq üstə olduğu zaman yük maşını arxası açıq formada hərəkətə davam edir. İstənilən xırda yol nəqliyyat hadisəsinin necə faciəvi sonluqla nəticələnə biləcəyi isə sirr deyil.
Həmin görüntüləri təqdim edirik:
Baku.ws
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya