Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başladı-VİDEO

2022-05-27 11:53:00

Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başladı-VİDEO

4 gün davam edəcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı başlayıb.

Hurriyyet.az xəbər verir ki, festivalın açılışı musiqi proqramları ilə başlayıb.

Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri cənab Rəşad Nəbiyev, Türkiyənin Texnoloji Takımının İdarə Heyətinin sədri Səlcuk Bayraktar, Türkiyənin Sənaye və Texnoloji naziri Mustafa Varan iştirak edəcəklər.

Gün ərzində festival iştirakçılarına müxtəlif aviaşoular, robot şou, külək tunelində şoular nümayiş olunacaq.

Birinci günün sonunda təşkil ediləcək konser proqramında xalq artisti Aygün Kazımova, Nigar Camal, Azad Şabanov və digərləri öz ifaları ilə festival iştirakçıların qarşısında çıxış edəcəklər.

Günün sonunda isə hər kəsi maraqlı lazer şou gözləyir.

Qeyd edək ki, “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunur. Azərbaycanda “TEKNOFEST Azərbaycan”nın təşkilatçılığı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya