Saat:05:22
Haqqımızda

Bakıda tanınmış tamada və oğlu bıçaqlandı - YENİLƏNİB

2022-07-02 14:57:00

Bakıda tanınmış tamada və oğlu bıçaqlandı - YENİLƏNİB

Bakıda toyda bıçaqlanan məşhur tamada Natiq Dağlaroğlunun səhhəti ilə bağlı son durumu açıqlanıb.

Onun oğlu Məhəmməd İsaq Oxu.az-a açıqlamasında bildirib ki, toy bitəndən sonra kənar şəxslər onun atasını bıçaqlayıblar:

“Toydan sonra atam musiqiçiləri yola salan zaman kənardan bir adam gəldi, kobud danışdı. Atam da ona dedi ki, adam özündən böyük şəxslə belə danışmaz. Bu zaman atama arxadan beş-altı, mənim də döş qəfəsimdən və belimdən bıçaqla zərbə vurdular. Atamın vəziyyəti orta ağırdır. Reanimasiyadadır”.

***

09:24

Bakıda məşhur tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb.

Hurriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə “Altun” restoranında baş verib.

Belə ki, naməlum şəxs toy zamanı Natiq Dağlaroğlunu bıçaqlayıb.

O,yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaxınlarının sözlərinə görə, Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, hadisə nəticəsində atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR