Bakıda sevgilisinin döydüyü qız sosial şəbəkəni AYAĞA QALDIRDI

2022-09-13 13:28:00

Bakıda sevgilisinin döydüyü qız sosial şəbəkəni AYAĞA QALDIRDI

"Instagram" sosial şəbəkəsində gənc bir xanımın sevgilisi tərəfindən şiddət görməsi ilə bağlı paylaşımları qızğın müzakirələrə səbəb olub.

 "materazzi.13" adı ilə tanınan 20 yaşlı Fərəcova Atlaz adlı qadın 2 illik sevgilisi Aqşin adlı oğlan tərəfindən vəhşicəsinə döyüldüyünü iddia edir.

Atlaz polisə məlumat verdiyi və müraciətinə cavab gəldiyini vurğulayıb.

O, başına gələnlər barədə bu sözləri yazıb:

"2 gün əvvəl (sentyabrın 11-i) öz evimin həyətində iki illik sevgilim tərəfindən vəhşicəsinə döyülmüşəm. Səsimə bacım çıxmasa idi, yanında gətirdiyi xəncərlə məni öldürəcəkdi. Əlindən zorla qaçmışam. Məni heç kim bu şiddətə qarşı susdura bilməz və susmayacağam.

Mən paylaşmayacaqdım, amma görürəm ki, bəzi adamlar artistliyə başlayıb. Onlara inanmayın.

Burnum 4 yerdən qırılıb. Kəllə-beyin travması almışam. İki gündür polislərdə, xəstəxanalarda, ekspertizalarda sürünürəm.

Dodaqlarım və ağzımın içi cırılıb. İki gündür qızdırmam düşmür, yemək yeyə bilmirəm. Burnumun ağrısından səsim evi bürüyüb. İş polisdədir və ailəm hər zaman arxamdadır. Heç kimdən qorxmuram".

Daha sonra Atlaz ekspertizanın ona Sabunçu Tibb Mərkəzində keçdiyi kompüter-tomoqrafiya müayinəsinin protokolunu paylaşıb. Sənəddə onun həqiqətən, burun sümüyünün sındığı, burun çəpərinin sağ tərəfə əyildiyi təsdiq edilib.

Onun bu paylaşımlarına azərbaycanlı bloggerlər və istifadəçilər də sürətlə yayaraq ona dəstək olublar.

 

Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063464