Bakıda Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstə saxlanılıb - FOTOLAR + VİDEO
2025-07-01 15:25:59

Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb.
Məlumata görə, onlar Rusiya vətəndaşlarıdır.
Həmin şəxslərin qanunsuz əməlləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
