Saat:15:18
Haqqımızda

Bakıda quraşdırılan yeni radarın bu funksiyaları var - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ - VİDEO

2023-05-30 14:29:00

Bakıda quraşdırılan yeni radarın bu funksiyaları var - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ - VİDEO

Bakıda yeni radar cihazı quraşdırılıb.

Həmin cihaz Xətai rayonu, ''8 Noyabr'' prospektində, ''Ağ Şəhər'' istiqamətində yolun sağ tərəfində qoyulub.

Dirək formasında olan cihaz ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunub.

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, bu cihaz üç funksiyanı eyni anda icra edə bilir.

Ekspert deyir ki, müasir cihaz gecə və gündüz şəraitində quraşdırıldığı ərazidə görüntüləri kefiyyətli formada qeyd edir.

Elməddin Muradlı hesab edir ki, funksiyaları çox olan bu cihaz respublika əhəmiyyətli yollarda da quraşdırılmalıdır.

Sözügedən radarın quraşdırılmasını sürücülər isə birmənalı olaraq dəstəkləyiblər. Onlar təhlükəsizlik baxımından sürücülər üçün effektli olacağını düşünürlər.

Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev isə ''Xəzər Xəbər''ə bildirib ki, hərəkətin təhlükəsizliyi üçün qurulan radar qurğusu hələlik test mərhələsindədir və ona görə də radar qurğusu heç bir cərimə qeydə almır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR