Bakıda “qoçu”luq edən xanım sürücü barədə araşdırma başladıldı - VİDEO

2022-12-29 16:19:00

Bakıda “qoçu”luq edən xanım sürücü barədə araşdırma başladıldı - VİDEO

Bakıda “qoçuluq” edən qadın sürücü barəsində araşdırma başladılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkədə yayılan videogörüntülərdən məlumatlıdırlar:

“Məsələ tərəfimizdən araşdırılır. Araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

***

Bakıda “qoçu” xanım sürücü peyda olub. 

Hurriyyet.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunda (Masazır dairəsində) baş verib.

Belə ki, 77-AF-960 qeydiyyat nişanlı “Mazda” markalı avtomobilin sürücüsü öncə manevr qaydasını pozaraq görüntünü qeydə alan sürücüyə maneə yaradıb. Sürücü təhlükə yarandığını görən zaman ona səs siqnalı ilə xəbərdarlıq edib. Bundan qəzəblənən xanım sürücü görüntünü qeydə alan avtomobilin arxasınca gedərək onun qarşısını kəsib, daha sonra avtomobilin banına zərbələr endirib.

Sürücü buna əhəmiyyət verməyib yoluna davam etsə də, xanım sürücü bu hərəkəti davamlı şəkildə törətməyə başlayıb.

Sözügedən videonu təqdim edirik:


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.149252