Bakıda qız qaçırma - Video yayıldı

2023-02-24 17:00:00

Bakıda qız qaçırma - Video yayıldı

Daxili İşlər Nazirliyi Bakının Binəqədi rayonunda qızın qaçırılması ilə bağlı yayılan videoya münasibət bildirib.

Hurriyyet.az Trend-ə istinadla xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov danışıb.

Onun sözlərinə görə, görüntülər araşdırılıb.

Videoda əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikirindən daşındırmaq üçün rəsmi nikahda olduğu əri, xanımın atası və qayınanası onu məcburən rayona aparmağa çalışıblar.

Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib.

Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

Hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib. 

Görüntülərdə 3 nəfərin qızı zorla "Opel" markalı avtomobilə mindirdiyi görünür.

Həmin görüntüləri təqdim edirik:

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.242501