Bakıda qəza: ambulans aşdı - Video
2024-12-05 16:16:44
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, "Xəzər" markalı maşınla "Mersedes-Benz" markalı təcili tibbi yardım avtomobili toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, təcili yardım avtomobili isə aşıb.
