Bakıda qəribə hadisə: oğurladığı malı həmin dükana satdı - ANBAAN VİDEO

2022-08-26 20:15:00

Bakıda qəribə hadisə: oğurladığı malı həmin dükana satdı - ANBAAN VİDEO

Bakıda qeyri-adi oğurluq hadisəsi olub.

Hurriyyet.az-ın məlumatına görə, hadisə paytaxt ərazisindəki oyuncaq mağazalarından birində qeydə alınıb.

Belə ki, naməlum şəxs mağazaya daxil olur və qapını açan kimi vitrindəki məhsulun birini götürür. Daha sonra kassaya yaxınlaşaraq, əlindəki qutunu keçən həftə aldığını və geri qaytarmaq istədiyini bildirir. Hətta kassirlə danışarkən, “alınmırsa canınız sağ olsun” deyə, səmimilik görüntüsü də yaradır.

Həmin məhsulun qiymətinin isə 25 manat olduğu bildirilir.

Onun bu hərəkətləri mağazanın təhlükəsizlik kamerasına həkk olunub. Videonu səsləndirən mağaza sahibi isə dələduzun bu hərəkətini  kinayə ilə "Oskar" mükafatına layiq olduğunu dilə gətirib.

Görüntüləri təqdim edirik:

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059493