Saat:16:24
Haqqımızda

Bakıda proqram vasitəsilə kartdakı pulları oğurladılar

2024-10-24 17:12:49

Bakıda proqram vasitəsilə kartdakı pulları oğurladılar

Bakı şəhər sakini olan bir nəfərin bank kartındakı pul oğurlanıb.

Hurriyyet.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla 4691 manat vəsaitin həmin şəxsin mobil telefonunda olan tətbiq vasitəsilə oğurlanması məlum olub. 

Oğurluq əməlində şübhəli bilinən 18 yaşlı N.Aslanov müəyyən olunaraq polis əməkdaşları tərəfindən saxlanılıb.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin içərisində pulu, sənədi və bank kartı olan pulqabısını, sonradan həmin bank kartı ilə alış-veriş edərək vəsaitini oğurlamaqda şübhəli bilinən 42 yaşlı M.Ramazanov müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.206105