Bakıda polis əməkdaşları 10 min manat tapıb, sahibi axtarılır
2025-01-07 21:31:14
Bakının Səbail rayonunda yerləşən Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10000 manat pul tapıblar.
Hurriyyet.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev feysbuk hesabında paylaşım edib.
"Xahiş edirik pul itirən hansısa iştirakçı varsa, yaxınlıqda olan polis əməkdaşlarına məlumat versinlər” - qurum rəsmisi paylaşımında bildirib