Bakıda pedofiliyanı təbliğ edən axund: "50 yaşlı kişi 3 yaşlı qızı özünə arvad edə bilər”

2022-09-05 20:27:00

Bakıda pedofiliyanı təbliğ edən axund:

"Kişiyə icazə verilir ki, zinadan əmələ gələn öz qızı ilə ailə həyatı qursun. Öz qızını özünə arvad eləsin. Həmçinin, o qızdan nə əmələ gəlsə, onlar da həmin kişiyə halaldır. Həddi-buluğa çatmamış qızla cinsi əlaqədə olmağın ziyanı yoxdur. 50 yaşında olan kişi 3 yaşındakı qızı özünə arvad edə bilər".

Hurriyyet.az xəbər verir ki, bu sözlər azərbaycanlı axund Şeyx Cavidə aiddir. Onun sosial şəbəkələrdə yayılan bu səs yazısı böyük narazılığıa səbəb olub.

Saytımıza danışan ilahiyyatçı Tural İrfan bildirib ki, bu şəxs özünü Şeyx Cavid adlandırır. Həmin şəxs təxminən 10 ilə yaxın Suriyanın Dəməşq şəhərində "Zeynəbiyyə" deyilən təlim-tərbiyə mərkəzində, əslən iranlı Sadiq Şirazinin məktəbində təhsil alıb:

"Azərbaycandan gedən tələbələri də Cavid təsir altına salırdı. Onu farslar bu cür rəhbər vəzifəyə təyin etmişdi. Bu yaxınlarda Azərbaycanın Britaniya səfirliyinə basqın oldu. Bax, bunun fətvasını verən şəxs məhz həmin Şirazidir. Bu şəxs özünü İran hakimiyyətinə müxalif kimi aparır, əslində isə elə deyil".

İlahiyyatçı bildirib ki, Şiraziçilərin məqsədi sünnilərə, İslamın daxilindəki məzhəblərə qarşı barışmaz mövqe tutmaq idi. İslamın daxildən sütunlarını sarsıtmaq, gözdən salmaq Şirazinin metodu idi:

"Mütəmadi şəkildə xütbə oxumaqla məşğul olan Şeyx Cavid "Göy məscid" kimi tanınan "Əjdərbəy" məscidinin baş axundudur. Deyilənə görə keçmiş nazir Ziya Məmmədovun vasitəsilə Britaniyaya zəng olunub və Cavid həbsdən buraxılıb, məscidə imam təyin edilib. Hazırda Şeyx Cavid həmin təbliğatlarını davam etdirir. Günah işlərlə, pozğunluqla, pedofiliyanı təbliğ etməklə məşğuldur. Birbaşa Azərbaycan Konstutusiyanının əleyhinə gedir. Şəhərin mərkəzində oturub həbs həyatı yaşamış adam əxlaqsızlığı təbliğ edir. Hələ ki, dinə aid qurumlardan bu şəxsə qarşı xəbərdarlıq belə gəlməyib".

Kiçik bir araşdırma apardıq. "Youtube" də Şeyx Cavidin səs yazısına rast gəldik. Biri ondan südəmər uşağı öpmək- qucaqlamaq barədə fətvanın olduğu soruşur. O isə "Bəli, Ayətullah Xomeyninin belə bir fətvası var",- deyə cavab verir. Hətta bildirib ki, kişinin cinsini dəyişə biləcəyi barədə də fətva var.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Cavidin həbs olunmasını saytlara təsdiqləyib.

DİN rəsmisi bildirib ki, Cavid Məmmədovun həbsi ilə bağlı deyilən məlumatlar doğrudur. Ruhaninin evində axtarış aparılaraq silah və xarici valyuta aşkar edilib.

Qarşı tərəfin möveyini yayınlamağa hazırıq. \\Cebhe.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059523