Saat:12:53
Haqqımızda

Bakıda özünü binadan atan 14 yaşlı qız öldü - YENİLƏNİB

2021-10-15 10:47:00

Bakıda özünü binadan atan 14 yaşlı qız öldü - YENİLƏNİB

Bakıda yeniyetmə qız intihara cəhd edib.

Hurriyyet.az “Report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Müşfiqabad qəsəbəsində 14 yaşlı A.E. özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. A.E.-yə bədənin çoxsaylı sınıqları, müştərək travması, açıq-kəllə beyin travması diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Onda komatik vəziyyət müşahidə olunur.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

***

Özünü Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atan 14 yaşlı A.Eyvazova vəfat edib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR