Saat:04:18
Haqqımızda

Bakıda otel direktoru "parkovşik"i söydü - Həbs edildi

2024-04-16 12:37:11

Bakıda otel direktoru

Bakıda "Muzey" otelin icraçı direktoru "parkovşik"i söydüyü üçün həbs edilib. 

Hurriyyet.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, otel direktorunun həbs edilməsinə səbəb Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində özünə məxsus idarə etdiyi evakuator maşınını park edərkən etməsi olub. 

Belə ki, parklanmaya nəzarət edən şəxs 1994-cü ildə Gəncə şəhərində anadan olmuş, sözügedən otelin icraçı direktoru Sənan Vəliyev (ad-soyad şərti) evakuator maşınını parkinqdə saxlamamasını, yük maşınını ərazidən çıxarmasını tələb edib. Lakin Sənan həmin şəxsin tələbinə məhəl qoymayaraq çəkəcəyini bildirib və bu zaman aralarında mübahisə yaranıb. Bu zaman o, parkinqə nəzarət edən şəxsin ünvanına nalayiq ifadələr işlədib.

Polis tərəfindən saxlanılan otel direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.  Məhkəmənin qərarı ilə Sənan barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.187712