Bakıda ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb
2025-06-09 15:34:03

2025-ci ilin yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,2 faiz artaraq 3 milyard 003,7 milyon manat olub.
Hurriyyet.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 458,4 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 81,8 faizini təşkil edib.
