Saat:14:35
Haqqımızda

Bakıda nə qədər avtomobil var? - Fantastik rəqəm

2025-01-28 19:31:11

Bakıda nə qədər avtomobil var? - Fantastik rəqəm

Bakıda 780 min avtomobil var.

Hurriyyet.Az xəbər verir ki, bu barədə AYNA-nın sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevə məruzəsində məlumat verib.

AYNA sədri bildirib ki, ölkə üzrə avtomobillərin 45 faizi Bakı və Abşeron qeydiyyatındadır. Bu isə 780 min avtomobil deməkdir.

AYNA rəhbəri qeyd edib ki, gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərin mərkəzinə doğru hərəkət edirlər.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.223486