Bakıda müəmmalı olay: Canına qəsd etdiyi deyilən tələbə qız “dirildi”

2022-11-30 14:13:00

Bakıda müəmmalı olay: Canına qəsd etdiyi deyilən tələbə qız “dirildi”

Ötən gün tələbə qızın paytaxt Bakıda yaşadığı mənzilin eyvanında özünü asdığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Özünə qəsd etdiyi xəbəri yayılan R.R Milli.Az-la əlaqə saxlayaraq bu məlumatı onun şəxsi profilinin parolunu sındıraraq kənar bir şəxsin daxil olub bilərəkdən barəsində həqiqəti əks etdirməyən belə bir xəbər yaydığını bildirib.

Qeyd edək ki, dünən özünü R.R-nın tələbə yoldaşı və eyni zamanda onun rəfiqəsi kimi təqdim edən bir şəxs ölüm xəbərini məhz R.R-nın şəxsi Facebook hesabından məlumat vermişdi. O, intihar etdiyini iddia etdiyi qızın Facebook hesabından ardıcıl bir neçə status və onunla "xatirələri" ilə bağlı digər paylaşımlar edərək R.R-nın canına qıydığını, artıq həyatda olmadığını bildirib.

Həmin şəxs öldüyünü bildirdiyi "rəfiqəsinin" intihardan öncə ona sosial şəbəkə hesabının parolunu öz əlləri ilə verdiyini və ilk öncə onun bunu hansı səbəbdən etdiyini anlamadığını bildirməklə, dostluğundakı şəxsləri R.R-nın artıq həyatda olmadığına inandırmağa çalışıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142581