Saat:09:32
Haqqımızda

Bakıda müəmmalı hadisə: Oynamaq üçün həyətə düşən üç bacı itkin düşdü

2022-05-20 10:55:00

Bakıda müəmmalı hadisə: Oynamaq üçün həyətə düşən üç bacı itkin düşdü

Bakıda 3 uşaq itkin düşüb.

Hurriyyet.az-ın məlumatına görə, hadisə mayın 17-i paytaxtın Sabunçu rayonu Q. Vəzirov küçəsində qeydə alınıb. 14 yaşlı Salmanova Ramilə Mahir qızı, onun bacıları, 10 yaşlı Şəkərnaz və 7 yaşlı Xədicə oynamaq məqsədilə evin qarşısına çıxaraq, bir daha geri qayıtmayıblar.

Bu barədə onların anası M.Salmanova Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onların hər üçü tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı həmin bölmədə araşdırma aparılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR